Almaniyada müxalifətdə olan Xristian Sosial Birliyi (CDU) partiyasının lideri Fridrix Merz sabiq kansler Angela Merkelin Kiyev və Moskva arasında danışıqlarda vasitəçiliyinə qarşı çıxıb.
Teleqraf.com xəbər verir ki, siyasətçi Almaniyanın Avropa və Ukraynanın tərəfində olduğunu, buna görə də müharibə ilə bağlı neytral mövqe tutmadığını deyib.
Merz hazırkı Kansler Olaf Şolzu da tənqid edib. Onun fikrincə, Şolz və komandası müharibənin uzanmasına Ukrayna ordusuna ağır silahlar göndərməyə tələsməməsi və hələ də Kiyevə tam kömək etməyə cəsarət etməməsi ilə töhfə verib.
“Almaniyanın daha çox iş görə biləcəyi hələ də aktualdır. Hökumət aprelin 28-də Bundestaqın qərarını tez yerinə yetirməli idi, yəni Ukraynaya ağır texnikalar göndərməliydi”, - müxalifət lideri vurğulayıb.
Mertzin sözlərinə görə, Almaniya hələ də amansız müharibənin içində hər gün yüzlərlə itki verən Ukarynaya kömək etmir.
Merkel bundan əvvəl Ukrayna ilə Rusiya arasında vasitəçi ola biləcəyini açıqlayıb. Keçmiş kansler onu da söyləyib ki, vəzifəsinin son illərində Rusiya lideri Vladimir Putin danışıqlara hazır olmayıb.