16 Avqust 2022 12:27
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın irimiqyaslı işğalının altı ay ərzində Rusiya ordusu 44.000 hərbçisini itirib. Təkcə son gündə Ukrayna Silahlı Qüvvələri 150 rus hərbçisini məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Fevralın 24-dən avqustun 16-dək Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri təxminən belədir:

Canlı qüvvə - 44 000 nəfər

Tank ‒ 1880 (+4) ədəd

Zirehli döyüş texnikası - 4152 (+11) ədəd

Artilleriya sistemi - 989 (+4) ədəd

Yaylım atəş sistemi - 263 (+2) ədəd

Hava hücumundan müdafiə vasitəsi - 136 ədəd

Təyyarə - 233 ədəd

Helikopter - 196 (+1) ədəd

PUA - 790 (+3) ədəd

Qanadlı raket - 190 (+3) ədəd

Gəmi/kater - 15 ədəd

Nəqliyyat vasitəsi və sistern - 3049 (+5) ədəd

Xüsusi texnika – 92 ədəd

Baş Qərargahın məlumatına görə, Rusiya qoşunları son sutkada ən böyük itkini Donetsk istiqamətində verib.


Müəllif: Mənsur Rəğbətoğlu