Terrorçuların Türkiyənin Şanlıurfa vilayətində sərhəd zastavasına hücumu nəticəsində 1 əsgərin şəhid olduğu, 4-nün isə yaralandığı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, olay Şanlıurfanın Birəcik rayonunda baş verib.
Məlumata görə, terrorçular Suriyanın Ayn əl-Ərəb bölgəsindən zastavaya raket zərbəsi endiriblər.
Terrorçuların hücumu nəticəsində zastavada olan bəzi əsgərlər yaralanıb. Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib.
Şanlıurfa valisi Saleh Ayhan terror aktı nəticəsində 1 əsgərin şəhid olduğunu, yaralanan 4 əsgərin isə xəstəxanada müalicə altına alındığını bildirib.
Türkiyə Silahlı Qüvvələrinin bölmələri hücumun baş verdiyi Ayn əl-Ərəbdəki terrorçuların hədəflərini artilleriya və çoxlüləli reaktiv yaylım atəş sistemləri ilə atəşə tutub.