17 Avqust 2022 11:56
1 612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

Rusiya hərbi qüvvələri Cənub bölgəsində əsasən öz mövqelərinin müdafiəsinə yönəlsələr də, bəzi ərazilərdə irəliləməyə çalışırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

“Düşmənin Pivdenbuz bölgəsində əsas səyləri işğal olunmuş mövqelərin saxlanmasına, qoşunlarımızın irəliləməsinin qarşısının alınmasına və Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinə hücuma yönəldilib. Düşmən bununla öz itkilərinin artmasına “töhfə” verir. Nikolayev, Stepova Dolina və daha 27 yaşayış məntəqəsində reaktiv artilleriya və tanklardan atəşə tutulub”, - məlumatda deyilir.

Ruslar Biloqirka yaxınlığına hava zərbələri endirib, hücum döyüşləri aparıblar. Amma Ukrayna ordusundan ağır zərbə alan ruslar böyük itkilərlə geri çəkilməyə məcbur olublar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər