22 Avqust 2022 10:23
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, iclasda ölkə və dünyada baş verən son gəlişmələr müzakirə olunacaq.

Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski ilə danışıqların təfərrüatları müzakirə ediləcək.

İstanbulda imzalanan taxıl daşınması müqaviləsi ilə bağlı gəlişmələr qiymətləndiriləcək.

Ön plana çıxacaq mövzulardan biri də Şimali İraq və Suriyada həyata keçirilən terrorla mübarizə əməliyyatları olacaq. Bundan başqa, İsraillə normallaşma prosesi və Şərqi Aralıq dənizindəki gəlişmələr ətrafında da fikir mübadiləsi aparılacaq.

Görüşdən sonra Prezident Ərdoğan xalqa müraciət edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu