22 Avqust 2022 13:40
5 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynanın Rusiyanın ələ keçirdiyi bütün əraziləri işğaldan azad etmək şansı var və bundan istifadə edilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, Ukrayna Rusiya ilə müharibə meydanında tək deyil, öz tərəfdaşlarının köməyi ilə döyüşür:

“Ukraynanın bütün ərazilərini nə vaxt qaytara biləcəyindən danışsaq, unutmamalıyıq ki, Pentaqon bu savaşın başa çatması üçün son müddətin 2023-cü ilin payızı olduğunu güman edir. Söhbət müharibənin tam başa çatmasından gedir. Heç kim bu müharibəni bir il müddətinə uzatmaq istəmir. Hər kəs Ukraynaya kömək etməyə hazırdır ki, müharibə ən çox yaxın altı ayda, bəlkə də 2023-cü ilin yazında bitsin”.

Jdanov iddia edir ki, Qərb artıq Ukrayna üçün “Marşal planı” hazırlayır və müharibədən sonra kimin nəyi bərpa edəcəyini bölüşdürür:

“Avropalılar yaxşı başa düşürlər ki, pul yalnız harasa yatırılanda işləyir. Əlbəttə, onlar Ukraynaya pul yatırmaq və bundan öz paylarını götürmək istəyirlər. Demək, dünyada heç kim bu müharibənin uzadılması ilə maraqlanmır, yeri gəlmişkən, bura Rusiya da daxildir. Çünki Rusiya iqtisadiyyatı uzunmüddətli müharibədən salamat çıxa bilməyəcək. Hələ heç kim “Lend Liz”ə qalib gəlməyib. Demək ki, bizim də çox da uzun olmayan müddətdə qalib gəlmək şansımız var və bundan istifadə etməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər