Rusiyanın “Lukoyl” şirkəti Moskvanın “Spartak” futbol klubunu satın alıb.
Teleqraf.com xəbər verir ki, bundan başqa şirkətin “Otkrıtie Bank Arena”nı satın aldığı bildirilib.
Beləliklə, “Lukoyl” həm klubun, həm də stadionun 100 faizlik payla yeni sahibi olub.
Qeyd edək ki, “Lukoyl” şirkətinin rəhbəri azərbaycanlı milyarder Vahid Ələkbərovdur.