Rusiya Prezidenti Vladimir Putin ictimai xadim Aleksandr Duqinin qızı Dariyanın ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncamın mətnində deyilir: “Peşəkar borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və fədakarlığa görə Darya Aleksandrovna Duqina (ölümündən sonra) “İgidliyə görə” ordeni ilə təltif edilsin”.
Bundan əvvəl Putin teleqram kanalında Duqinanın ailəsinə başsağlığı verib.