Rusiyanın tanınmış siyasi eksperti Aleksandr Duqin qızı Darya Duqina Moskva vilayətində dəfn edilib.
Teleqraf.com xəbər verir ki, dəfn mərasimi qapalı keçirilib. Qəbiristanlığın ərazisi kənar şəxslər üçün bağlı olub.
Dəfn mərasimindən öncə Ostankino telemərkəzində Duqina ilə vida mərasimi keçirilib. Mərasimdə Rusiyanın dövlət nümayəndələri, deputatlar və media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, jurnalist və politoloq Darya Duqinanın idarə etdiyi avtomobil avqustun 20-də axşam saatlarında Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində hərəkətdə olarkən yanıb. İstintaqın məlumatına görə, avtomobildə məsafədən idarə olunan partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayış baş verib.