Pentaqon Dövlət Departamentinin Avstraliyaya 1,95 milyard dollara mümkün hərbi helikopter satışına yaşıl işıq yandırıb.
Teleqraf.com xəbər verir ki, Pentaqon Avstraliyanın 40 UH-60M Black Hawk tipli helikopter almaq istədiyini və əsas podratçının “Lockheed Martin” olacağını bildirib.
Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi mümkün satış barədə Konqresə məlumat verib.
Avstraliya son bir neçə ildə müdafiə xərclərini çıxaıldıb, Çin isə Hind-Sakit okean regionunda mövcudluğunu artırmağa çalışır. Ötən il Avstraliya ABŞ və Böyük Britaniyadan nüvə sualtı qayıqları almağa dair müqavilə imzalayıb.
Keçən may ayında ABŞ Dövlət Departamenti Avstraliyaya mobil raket qurğularının satışını və digər müttəfiqlərinə 3,1 milyard dollara qədər müxtəlif silah satışını təsdiqləyib.
Analitiklər qeyd edirlər ki, bu addımlar Çin-ABŞ qarşıdurmasında yeni gərginlik yaradır.