İyulda Əfqanıstanın paytaxtı Kabildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməliyyatında öldürüldüyü bildirilən “Əl-Qaidə” terror təşkilatının lideri Ayman əz-Zəvahiri ilə bağlı Talibandan maraqlı açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid bütün axtarışlara baxmayaraq Zəvahirinin cəsədini tapa bilmədiklərini açıqlayıb.
Mücahid onu da qeyd edib ki, meyitin tapılması istiqamətində axtarışlar davam edir.
Ayman əz-Zəvahiri Üsamə bin Ladenlə birlikdə “Əl-Qaidə”nin iki qurucusundan biri olub.