26 Avqust 2022 14:20
1 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentindən Türkiyə-Suriya əlaqələrinin bərpası ilə bağlı yayılan məlumata reaksiya gəlib.

Teleqraf.com xəbər verir ki, departamentin sözçüsünün köməkçisi Vedant Patel ABŞ-ın bununla bağlı məsələyə münasibətini açıqlayıb.

“Türkiyə NATO-nun mühüm müttəfiqidir və Rusiyanın Ukraynadakı vəhşi davranışlarına görə məsuliyyətdən boyun qaçırmasına mane olmaqda əhəmiyyətli rol oynayır. Amma açıq desək, bu administrasiya Bəşər Əsədin normallaşma səylərinə heç bir dəstək verməyəcək. Birləşmiş Ştatlar Əsəd rejimi ilə diplomatik münasibətlərin səviyyəsini yüksəltmək niyyətində deyil və digər ölkələrin onunla münasibətlərinin normallaşmasını da dəstəkləmir”, - Patel deyib.

Amerika rəsmisi real həll yolu tapılmadıqca Suriyaya qarşı tətbiq etdikləri sanksiyaları ləğv etməyəcəklərini bildirib:

“Bölgə dövlətlərini Əsəd rejiminin son on ildə Suriya xalqına qarşı vəhşiliklərini və ölkənin böyük hissəsinin humanitar yardım və təhlükəsizliyə çatmasının qarşısını almaq üçün davam edən səylərini çox diqqətlə nəzərdən keçirməyə çağırırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər