Efiopiyanın şimalındakı Tiqray Xalq Azadlıq Cəbhəsi Amhara əyalətində yerləşən strateji əhəmiyyətli Kobo şəhərini ələ keçirib.
Teleqraf.com xəbər verir ki, əks-hücum zamanı Tiqray qüvvələri Kobe üzərində nəzarəti bərqərar edib.
Tiqrayın inzibati sərhədindən cənubda Amhara ərazisində yerləşən bir sıra digər yaşayış məntəqələri də ələ keçirilib.
Avqustun 24-də Efiopiya hökuməti və Tiqray üsyançılarının rəhbərliyi ötən ilin yazından onlar arasında mövcud olan humanitar atəşkəsi pozmaqda ittiham ediblər. Son günlər Tiqrayın cənubunda və Amharanın şimalında döyüşlər gedir.