Fransa prezidenti Emmanuel Makron Tuke kommunasında keçirilən musiqi festivalında gözlənilməz hadisə ilə qarşılaşıb.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı və xanımı “Touquet Music Beach” musiqi festivalında iştirak etmək üçün tədbirin keçirildiyi çimərliyə gəlib.
Makron cütlüyü xüsusi ayrılmış yerə keçən zaman tanınmış caz ustası Mark Rebiye dövlət başçısının ünvanına qeyri-etik ifadələr işlədib. Festivalın təşkilatçılarının caz ustasını sakitləşdirmək cəhdləri fayda verməyib.
Qeyd edək ki, Fransa prezidenti Əlcəzairə son səfərində də xoş olmayan vəziyyətlə qarşılaşmışdı.