Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985–1991), SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov ölüb.
Teleqraf.com xəbər verir ki, 92 yaşlı Mixail Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra ötən gün axşam saatlarında dünyasını dəyişib.
SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman vermişdi. O, Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı idi.