2 Sentyabr 2022 17:42
1 894
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb dövlətləri İraq və Suriyanı parçalamaq istəyirlər. İŞİD bəhanəsi ilə PKK-nı Suriyada 30 min kvadrat kilometr əraziyə yerləşdirən beynəlxalq koalisiya Suriyanı dördə, İraqı üçə bölməklə 7 “xidmətçi dövlət” yaratmağı hədəfləyir”.

Teleqraf.com xəbər verir ki, bunu türk tarixçi, professor Yusuf Halaçoğlu deyib.

O, artıq İraq və Suriya ilə bağlı planların və xəritələrin hazır olduğunu bildirib.

Halaçoğlu bugünkü mənzərəni 100 il əvvəl görülən hazırlıqların davamı kimi qiymətləndirir:

“Suriyada olduğu kimi, İraqda da insanları köçə məcbur edəcəklər. Əhalinin sayı azaldılacaq, enerji resursları və sərvətlər tamamilə onların nəzarətinə keçəcək.

Öz geosiyasi hədəfləri üçün daha çox coğrafiyanı parçalayacaqlar. Türkiyə müdaxilə etməsəydi, Qəndildə yerləşən terror təşkilatını Aralıq dənizinə çıxaracaqdılar. İndi cənubdan Aralıq dənizinə çıxmaq üçün hesablama aparırlar. İngilislərin arxiv sənədlərində və 100 il əvvələ aid xəritələrdə bütün bu detallar var. Hazırkı strategiya Körfəz böhranından sonra İraqda qurulacaq "pirat dövləti" Suriyanın şimalı ilə birləşdirməkdir. Konyuktura imkan verən kimi bu layihə həyata keçiriləcək”.

Tarixçi İraqdakı xəritə dəyişikliyindən ən çox Türkiyənin təsirlənəcəyini iddia edir:

“Suriyada olduğu kimi, yüz minlərlə iraqlı Türkiyəyə köçəcək. PKK-nın varlığı artıq 30 ildir açıq təhlükədir. Osmanlıdan sonra o coğrafiya sülh görmədi. Türkiyə orada sərhədlərin dəyişdirilməsinə seyrçi qala bilməz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər