2 Sentyabr 2022 22:13
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Keçmiş SSRİ-nin bu yaxınlarda vəfat edən ilk və sonuncu prezidenti Mixail Qorbaçov Rusiyanın Ukraynaya müdaxiləsindən sarsılmışdı. Bir neçə il Moskva ilə Kiyev arasındakı münasibətlərin korlanması səbəbindən depressiyaya girmişdi”.

Teleqraf.com xəbər verir ki, bunu Qorbaçovun tərcüməçisi Pavel Palajçenko “Röyter”ə deyib.

O, 37 il Qorbaçovla işləyib və bir çox ABŞ-SSRİ görüşündə onun yanında olub.

“Təkcə fevralın 24-də başlayan müharibə yox, ümumiyyətlə, son illərdə Rusiya və Ukrayna arasındakı münasibətlərin pozulması onun üçün çox böyük zərbə oldu. Bu, onu emosional və psixoloji cəhətdən əzdi. Bizimlə söhbətlərdə məlum olurdu ki, o, baş verənlərdən şoka düşüb və təəccüblənib”, - Palajçenko bildirib.

Bununla belə, onun sözlərinə görə, Qorbaçovun Ukrayna ilə bağlı mövqeyi mürəkkəb və ziddiyyətli olub:

“Qorbaçov hələ də SSRİ ideyasına inanırdı, amma dağılmış dövləti bərpa etmək naminə müharibəyə başlamazdı”, - Palajçenko əlavə edib.

Bununla belə, keçmiş SSRİ-nin sonuncu lideri ölənədək Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə münasibət bildirməkdən imtina edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər