Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiya qoşunlarının hücumlarını dəf edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin alay komandiri Vadim Vasilçuk açıqlama verib.
Onun sözlərinə görə, ruslar bölgə ilə Ukraynanın mərkəzi hissəsi arasındakı əlaqəni kəsməyə çalışırlar.
“Ən qaynar ərazi Xarkov vilayətinin şimalıdır. Düşmən intensiv şəkildə Xarkov və vilayətin mərkəzi ilə Ukraynanın digər əraziləri arasındakı əlaqəni və Poltava istiqamətində əsas arteriyanı kəsməyə çalışır. Amma düşmən buna nail olmur”, - Vasilçuk vurğulayıb.
O, Rusiya qoşunlarının Xarkov vilayətinin cənubunda daha az fəal olduğunu söyləyib:
“Düşmən bu yaxınlarda orada hücuma keçməyə çalışdı, amma dişləri sındırıldı və geri çəkilməyə məcbur oldu”.