3 Sentyabr 2022 18:50
43 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) Ağ Evdən ayrılarkən bəzi məxfi sənədləri evinə apardığı düşünülən keçmiş prezidenti Donald Trampın evinə basqınının əks-sədası davam edir.

Teleqraf.com xəbər verir ki, hadisə yenidən prezidentliyə namizəd olduğunu açıqlayan Trampın sərt açıqlamalar verməsinə səbəb olarkən, onun həyat yoldaşı Melaniya Trampın da şəxsi əşyalarına müdaxilə edilməsindən çox narahat olduğu bildirilib.

Amerika mətbuatı Melaniya Trampın “təmizlik xəstəsi” olduğunu, FTB-nin axtarışlarından sonra əşyalarını yerdə görəndə əsəbləşdiyini yazır.

Melaniyanın hətta ərinə belə şəxsi əşyalarına toxunmasına icazə vermədiyini qeyd edən mənbələr hadisədən sonra keçmiş birinci xanımın bütün alt paltarlarını zibilliyə ataraq, böyük alış-veriş etməli olduğunu deyirlər.

Donald Tramp da evinə edilən basqından sonra verdiyi açıqlamada belə demişdi:

“Birinci xanımın şkaflarını və paltarlarını qarışdırdıqlarını öyrəndim. Hər yeri dağıdıb gediblər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər