Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək sammitində iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
“Putin ŞƏT-in Səmərqənd sammitində iştirak etməyi planlaşdırır, çox mühüm və unikal bir tədbir gözləyirik. Putin orada bir sıra çox mühüm görüşlər keçirməyi də planlaşdırır”, - Peskov bildirib.
ŞƏT-in sammitinin sentyabrın 15-16-da keçirilməsi nəzərdə tutulub. Hazırda təşkilata Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan daxildir. Müşahidəçi ölkələrə Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələrə isə Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lanka daxildir.