2023-cü ildə Malayziyada ölüm və şallaq cəzalarını ləğv ediləcəyi bildirilir.
Teleqraf.com xəbər verir ki, ölkənin ədliyyə naziri Van Cunaidi Tuanku Jafar müvafiq qanun layihəsinin oktyabrda parlamentə gələcəyini açıqlayıb.
Nazir yeni tənzimləmə ilə edam və şallaq cəzalarının verilməsi qərarının hakimlərin ixtiyarına veriləcəyini deyib:
“Hər şey yaxşı getsə və qarşıdan gələn büdcə müzakirələrində heç bir ləngimə olmasa, 2023-cü ildə bizdə daha ölüm cəzası olmayacaq. Sözügedən cəzalar hakimlərin ixtiyarına veriləcəyi üçün tənzimləmə şallaq cəzasına da şamil olunacaq”.
Malayziya hökuməti iyunun 13-də ölüm hökmünün ləğvi və məhkəmələrin qərarına uyğun olaraq başqa cəzalarla əvəz edilməsi barədə razılığa gəlib.
Malayziyada ölümlə cəzalandırılan cinayətlər arasında adam öldürmə, narkotik ticarəti, terrorizm, adam oğurluğu və odlu silah saxlama da var.