9 Sentyabr 2022 19:12
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Teleqraf.com xəbər verir ki, iclasda “taxıl sazişi” müzakirə edilib.

Rusiya Prezidenti Vladimir Putin kasıb ölkələrə çatdırılan Ukrayna taxılının həcminin artırılmasının vacibliyini bildirib.

O, əldə olunmuş razılaşmalara baxmayaraq, kasıb ölkələrə ümumi taxılın cəmi 3 faizinin daşındığını xatırladıb:

“Biz təbii ki, məhsulun hansı istiqamətdə getməsinə təsir edə bilmərik, amma məhz kasıb ölkələrə taxıl daşınmasının artırılmasını vacib hesab edirik. Rusiya Xarici İşlər Nazirliyi BMT və digər tərəflərlə danışıqlar zamanı bunu nəzərə almalıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər