11 Sentyabr 2022 22:02
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Baykar” hərbi şirkəti Ukraynada pilotsuz təyyarələrin istehsalı və inkişafı mərkəzinin yaradılması layihəsinin icrası üzərində işləməyə davam edir. Ukraynada inşa ediləcək zavodun maketi də artıq hazırdır. Zavodun inşasına 2023-cü ilin sonunda başlanılacaq.

Teleqraf.com Ukraynanın “Defence Express” nəşrinə istinadla xəbər verir ki, mərkəzin Ukraynadakı ümumi sahəsi 30 min kvadratmetrdən çox, ukraynalı mühəndis və texniki işçilərin sayı isə 300 nəfərdən çox olması nəzərdə tutulur.

Zavod həm də pilotsuz təyyarələr istehsal edəcək. Burada “Bayraktar TB2”, “Akıncı”, “Kızılelma” və şirkətin digər məhsulları da istehsal olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər