12 Sentyabr 2022 21:25
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərbin Ukrayna rejiminə genişmiqyaslı yardımına və Rusiyaya qarşı görünməmiş sanksiya təzyiqinə baxmayaraq, xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

“Ukrayna ətrafında baş verənlər göstərir ki, ABŞ və onun vassalları Ukraynaya mülki əhaliyə qarşı istifadə edilən silah və hərbi texnikanın tədarükünü artırmaqla münaqişəni uzatmağa çalışırlar”, - TŞ rəhbəri bildirib.

Patruşev hesab edir ki, Qərbin Ukraynaya hərbi yardımı heç bir işə yaramayacaq:

“Qərbin nasist rejiminə (Ukrayna hakimiyyətinə - red.) genişmiqyaslı yardımına və Rusiyaya qarşı görünməmiş sanksiya təzyiqinə baxmayaraq, xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu