İsveçrə hökuməti ABŞ-la 36 ədəd F-35A qırıcısının tədarükü üçün müqavilə imzaladığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, 2027-ci ildə başlayacaq F-35 tədarükləri 2030-cu ilə qədər davam edəcək.
F-35-lər İsveçrə Hərbi Hava Qüvvələrində mövcud olan “F-18 Hornet” və “F-5 Tiger” təyyarələrini əvəzləyəcək.
Hökumətin anlaşmanı referenduma çıxarmadan imzalaması müxalifətin sərt reaksiyasına səbəb olub.
Müxalifət partiyaları referendumun nəticələrini gözləmədən F-35 müqaviləsinin imzalanmasının qeyri-qanuni olduğunu iddia edərkən, İsveçrə Parlamentinin Təftiş Komissiyası razılaşmanın narahatedici olduğunu, amma qanunlara zidd olmadığını bildirib.
2020-ci ildə İsveçrədə keçirilən referendumda ordunun modernləşdirilməsi təklifi səs çoxluğu ilə qəbul edilib. Amma modernləşdirmə çərçivəsində silahların hansı ölkələrdən alınacağı referendum mətnində göstərilməyib.
Müxalifət 2020-ci il referendumunda təyyarələrin alınacağına dair heç bir bənd olmadığı üçün məsələni ictimai səsverməyə çıxarmağa çağırmışdı.