8 Dekabr 2014 10:11
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeşdə dövlət naziri Abdellah Baha qatar qəzası nəticəsində həyatını itirib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, bu barədə Mərakeş Daxili İşlər Nazirliyindən açıqlama verilib.

Yayılan məlumatda Bahanın Çaouia-Ouardigha bölgəsinin Bouznika şəhərində baş verən hadisə nəticəsində öldüyü bildirilir. Nazirlik qəza ilə bağlı əlavə məlumat verməyib. Ehtimal olunur ki, qatar relslərindən keçərkən Bahanı aparan maşında qəflətən nasazlıq yaranıb.

Faktla bağlı araşdırmalar başlanıb.

Qeyd edək ki, Baha Mərakeş hökumət başçısı Abdelilah Benkiranənin sağ əli olub.

Samir


Müəllif:

Oxşar xəbərlər