21 Sentyabr 2022 01:25
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya İtaliyanın “Ndrangheta” mafiyası ilə əlaqəsi olan mütəşəkkil cinayətkar qruplaşmanın 32 üzvünü həbs edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Polis Təşkilatı məlumat yayıb.

Üzvləri çox zorakı kimi xarakterizə edilən cinayətkar dəstənin İspaniya və İtaliya arasında kokain və marixuana ticarəti, sürətli qayıqlarda gizlədilmiş narkotiklərin daşınması və cinayətdən əldə edilən gəlirlərin İspaniyanın daşınmaz əmlakına yenidən investisiya edilməsi ilə əlaqəli olduğu güman edilir.

Həbs edilənlər arasında italyanlar, albanlar və macarlar da var.

Əməliyyat zamanı 18 kq amfetamin, 4,5 kq kokain, odlu silah, 300 min avro nağd pul və 600 sirr bitkisi müsadirə edilib.

Əməliyyat Aralıq dənizinin İbiza adasında həyata keçirilib və Avropa polisi və ədliyyə orqanları prosesə cəlb olunub.

Əməliyyatda İtaliya və İspaniyanın 500-dən çox polisi iştirak edib.


Müəllif: Nemət

Oxşar xəbərlər