21 Sentyabr 2022 09:57
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Olaf Şolz dünən Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Teleqraf.com xəbər verir ki, kansler Türkiyə lideri ilə görüşdən sonra açıqlama verib.

Şolz Türkiyənin Rusiya və Çinin liderliyi ilə yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatına mümkün üzvlüyü ilə bağlı belə deyib:

“Bu təşkilat qlobal birliyə ciddi töhfələr verən qurum deyil. Ona görə də bu gəlişmə məni çox narahat edir”.

ŞƏT-in Özbəkistanda keçirilən son sammitində jurnalistlərlə görüşən Prezident Ərdoğan Türkiyənin sözügedən quruma üzv olmağı hədəflədiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu