“Ukraynadakı münaqişənin sülh yolu ilə həlli Qərb ölkələrinin maraqlarına uyğun deyildi, ona görə də Kiyevə danışıqları pozmaq tapşırıldı”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Aydın məsələdir ki, sülh yolu ilə həll Qərbə uyğun gəlmirdi, ona görə də müəyyən kompromislər əldə edildikdən sonra Kiyevə faktiki olaraq birbaşa göstəriş verildi ki, bütün razılaşmaları pozsun”, - Putin qeyd edib.
Prezident vurğulayıb ki, bu barədə ilk dəfədir ictimaiyyət qarşısında çıxış edir. Onun sözlərinə görə, xüsusi hərbi əməliyyat başlanandan sonra, o cümlədən Türkiyədəki (İstanbul) danışıqlarda Kiyev nümayəndələri Moskvanın təkliflərinə müsbət reaksiya veriblər.
“Bu təkliflər ilk növbədə Rusiyanın təhlükəsizliyinə, bizim maraqlarımıza aid idi”, - o qeyd edib.