Video əlavə olunub.
***
16:27
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Türkiyə arasında baş tutmuş əsir mübadiləsi ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı məsələ ilə əlaqədar iki ölkə arasında vasitəçilik etdiyini söyləyib.
“200-dən çox insanla bağlı müzakirə gedirdi. Bu 200 nəfərin hamısı bizim qonağımızdır, nəzarətimizdədir. Onlardan biri də cənab Putinin təkid etdiyi şəxs idi ki, onu da Rusiyaya göndərdik. Pu prosesi qətiyyətlə davam etdiririk. Bizdəki qonaqlarımıza sahib çıxırıq”, - Türkiyə lideri deyib.
Ötən günlərdə Ukrayna və Rusiya arasında əsir mübadiləsi baş tutub. Bunun nəticəsində Rusiya əsirliyində olan “Azov” alayının üzvləri qarşı tərəfə təhvil verilib. Ukraynalı hərbçilər müharibənin sonuna qədər Türkiyədə qalacaqlar.
Əsir mübadiləsində Kiyevdə həbs olunmuş rusiyayönlü ukraynalı siyasətçi Viktor Medvedçuk Moskvaya təhvil verilib. O, Rusiya liderinin qızının xaç atasıdır.