24 Sentyabr 2022 13:43
1 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 yaşlı Məhsa Aminin İran polisi tərəfindən saxlanıldıqdan sonra ölməsi səbəbindən başlayan etirazlar davam edir.

Teleqraf.com xəbər verir ki, İran Dövlət Televiziyası indiyədək 35 nəfərin həyatını itirdiyini açıqlayıb.

İran hakimiyyəti nümayişlər zamanı insan tələfatı ilə bağlı dəqiq məlumat verməsə də, dövlət televiziyasının xəbərlərində 35 nəfərin həyatını itirdiyi bildirilib.

İndiyədək bir çox şəhərlərdə-Tehran, Senendec, Kərəc, Təbriz, Məşhəd, Kiş, Kirman, Yəzd, Rəşt, Bəndər Abbas, Abadan, Kirmanşah, Ərdəbil, İsfahan, Urmiya, Qəzvin, Zəncan, İlam, Mazandran, Həmədanda aksiyalar keçirilib.

Dünəndən başlayaraq Tehran hökuməti də oni və islam sistemini dəstəkləyən insanları küçələrə dəvət edərək izdihamlı aksiya keçirib.

Norveçdə yerləşən İnsan Haqları Təşkilatının məlumatına görə, toqquşmalarda ölənlərin sayı 50-yə çatıb.

İran prezidenti İbrahim Rəisi dünən deyib: “Düşmənlər xaos yaratmaq istəyirlər. “Biz insanların tələblərini eşidirik, lakin heç kimin təhlükəsizliyinə xələl gəlməsinə imkan verməyəcəyik”.

Qeyd edək ki, insanlar hicabı düzgün taxmadığı üçün saxlanılan 22 yaşlı qızın polisdə döyülərək öldürüldüyünü düşünürlər. Polis isə Əminin ürək xəstəsi olduğunu, ona qarşı təzyiqlərin olmadığını bildirir.


Müəllif: Nemət

Oxşar xəbərlər