Qırğızıstan və Tacikistan sərhədin ümumi hissəsinin delimitasiyası və demarkasiyasını sürətləndirməyə qərar verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik Komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov arasında keçirilən görüşdə yazılı razılaşma əldə olunub.
“Təxribat xarakterli addımların və toqquşmaların yaranmasının qarşısının alınması, habelə sərhədyanı rayonlarda sülhün və sabitliyin təmin edilməsi məqsədilə tərəflər Qırğızıstan-Tacikistan dövlət sərhədinin xəttinin layihə təsvirinin tamamlanması üzrə işlərin sürətləndirilməsi barədə razılığa gəliblər”, - protokolda deyilir.
Tərəflər həmçinin iki dövlətin hərbi qulluqçuları arasında hərbi toqquşmaların baş verdiyi sərhəd zonalarına yaxın sərhəd zastavaları qurmamaq və mübahisəli ərazilərin genişlənməsinin qarşısını almaq barədə razılığa gəliblər.