27 Sentyabr 2022 15:23
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya taxılının və gübrəsinin ixracına qarşı sanksiyalar qlobal ərzaq böhranını təhdid edir, buna görə məsuliyyət kollektiv Qərbin üzərinə düşür”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Təəssüf ki, taxılımızın və gübrələrimizin xaricə çatdırılması hələ də çətindir. Bu, bizim üçün yox, dünya ərzaq bazarı üçün çətinlik yaradır”, - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar vəziyyətin daha da pisləşməsi və dünyada qlobal ərzaq böhranı təhlükəsi yaradır:

“Bunun Rusiyanın Donbasdakı xüsusi hərbi əməliyyatı ilə tamamilə heç bir əlaqəsi yoxdur.

Bəzi aparıcı ölkələr öz maliyyə və ərzaq siyasətlərini elə qurublar ki, biz bu gün əldə etdiyimiz nəticəni görürük. Bunun məsuliyyəti, təbii ki, bütünlüklə kollektiv Qərbin üzərinə düşür”.


Müəllif: Mənsur Rəğbətoğlu