Ölkənin də adını daşıdığı Madaqaskar adası dünyanın ən böyük 4-cü adasıdır. Afrikanın şərq sahillərindən 400 km aralıda - Hind okeanında yerləşir.
Teleqraf.com xəbər verir ki, ölkəni kəşf edən məşhur səyyah Marko Polo buranı təsvir edərkən Somalidəki Moqadişu ilə səhv salıb və onu Madaqeyskar adlandırıb. Sonradan mənimsənilən bu ad ölkənin adı olaraq qalıb.
Madaqaskarlılar öz əcdadlarına olduqca bənzərsiz şəkildə sitayiş edirlər. Onlar dəfn olunmuş qohumlarını torpaqdan çıxarır, onları təmiz dəfn paltarına bükür və onlarla birlikdə qəbrin ətrafında rəqs edirlər.
Madaqaskarla bağlı maraqlı faktları təqdim edirik: