29 Sentyabr 2022 13:56
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Loristan əyalətində Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərdə indiyədək 120 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, İranın Loristan əyalətinin prokuroru Məhəmməd Rezm deyib.

Prokuror əlavə edib ki, Loristan əyalətində Məhsa Əminin ölümündən sonra başlayan nümayişlərdə 120 nəfər saxlanılıb.

Məhbusların çoxlu cinayət qeydlərinin olduğunu bildirən Rezm əlavə edib ki, saxlanılanlar qanun qarşısında lazımi cəzalarını alacaqlar.

Əmininin ölümündən sonra ölkə daxilində başlayan nümayişlərdə Gilan əyalətində 739, Mazandran əyalətində 450, İlam şəhərində 180 nəfərin nəzarətə alındığı açıqlanıb.


Müəllif: Nemət