6 Oktyabr 2022 11:31
1 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynaya Krıma və Rusiyaya ilhaq edilmiş yeni əraziləri vurmağa icazə verib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Amerikalı həmkarları ilə təmasda olan rusiyalı diplomatlar Moskvanın Krımı və Rusiyanın tərkib hissəsi kimi yeni əraziləri qoruyacağını çatdırmağa çalışırlar. Krımı və yeni ərazilərimizi ölkəmizin ayrılmaz hissəsi kimi müdafiə edəcəyik. Bu yöndə atılacaq addımlara cavabımız amansız olacaq. Bunu təmasda olduğumuz amerikalı həmsöhbətlərimizin də diqqətinə çatdırmışıq. Onlar nə demək istədiyimizi yaxşı başa düşürlər”, - səfir bildirib.

Antonov ABŞ mediasında Rusiya əleyhinə materialların artmasına diqqət çəkib və iddia edib ki, Vaşinqton Ukraynaya Krıma, eləcə də Rusiyaya ilhaq edilmiş Luqansk, Xerson, Donetsk və Zaporoje vilayətlərinə zərbələr endirməsinə icazə verib.

Diplomat artıq ABŞ və Rusiya arasındakı gərginliyin fərqli məzmun kəsb etdiyini deyib:

“Ukraynalılar bizim ərazimizi vurmağa başlayırlar, bu, qətiyyən yolverilməzdir. Bizi Amerika silahları ilə vururlar. Bu məqamda yenə də ABŞ-ın bu münaqişədə birbaşa iştirakı probleminə gəlirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər