9 Oktyabr 2022 21:56
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiya prezidenti Vladimir Putinə Krım körpüsündə törədilən terror aktını barədə məlumat verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

Putinin sözlərinə görə, körpüdəki partlayışı Ukrayna xüsusi xidmət orqanları hazırlayıb, onlara Rusiya və digər xarici dövlətlərin vətəndaşları kömək edib.

Putin Krım körpüsü ilə bağlı insidentin “kritik mülki infrastruktura” qarşı terror hücumu olduğunu bildirib.

"Müəlliflər və icraçılar Ukraynanın xüsusi xidmətləridir", deyə Putin bildirib.

Bundan əvvəl Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko bildirib ki, Ukraynada münaqişə Krım körpüsündə baş verən partlayışdan sonra gərginləşə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər