10 Oktyabr 2022 00:11
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Emmanuel Makron yaxın vaxtlarda Türkiyəyə səfər edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu bazar günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Biz Fransanın xarici işlər naziri ilə səyləri koordinasiya edəcəyik ki, səfər yaxın gələcəkdə baş tutsun”, - deyə Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

Qeyd edək ki, Türkiyə və Fransa Prezidentləri oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyinin ilk iclası çərçivəsində görüşüblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər