Hindistanda 9 nəfərin ölümünə səbəb olan pələng əməliyyatla məhv edilib.
Teleqraf.com xəbər verir ki, Hindistanın Bihar əyalətinin Çamparan bölgəsində 9 nəfərin ölümünə səbəb olan pələngə qarşı 200 polislə əməliyyat keçirilib.
Pələngin yerini müəyyən etmək üçün aparılan əməliyyatda fillərdən də istifadə edilib.
Aşkar edildikdən sonra 3 yaşlı pələng öldürülüb.
Ştatın vəhşi təbiətin mühafizəsi üzrə direktoru Kumar Qupta bildirib ki, əməliyyat pələngin insan həyatı üçün təhlükəli hesab edildiyi üçün başlayıb.
Qupta bildirib ki, heyvanı sakitləşdirmək cəhdləri uğursuzluğa düçar olduqdan sonra zərərsizləşdirilib.
Qeyd edək ki, Hindistanda dünyadakı pələnglərin təxminən 70 faizi yaşayır.
Pələnglərin yaşadıqları qorunan ərazilərin heyvan sayındakı artım tempindən geri qaldığı üçün təbii yaşayış yerlərini tərk edərək insanlara hücum etdiyi bildirilir.
Rəsmi məlumatlara görə, Hindistanda pələnglərin hücumu nəticəsində hər il 40-50 nəfər ölür.