Ukraynadakı son vəziyyətdən danışan Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-la danışıqlara açıq olduqlarını bildirib.
Teleqraf.com xəbər verir ki, Lavrov vəziyyətə uyğun olaraq, Rusiyanın sülh danışıqlarına gedə biləcəyini də söyləyib.
“Sülh danışıqlarının mümkünlüyü ilə bağlı istənilən təklifi dinləməyə hazırıq, amma bunun nə olacağını və bu prosesin hara aparacağını hələlik deyə bilmərik. ABŞ Putin-Bayden görüşünü təklif edərsə, bunu nəzərdən keçirəcəyik”, - Rusiya xarici işlər naziri deyib.