12 Oktyabr 2022 11:53
1 939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı senatorlar Bob Menendez və Kris van Hollen tərəfindən Türkiyəyə F-16 satışını məhdudlaşdıran şərtlərə əlavələr müvafiq qanun layihəsindən çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qərar ABŞ Senatının iclasında qəbul edilib.

Qanun layihəsinə daxil edilməsi üçün təqdim edilən 900-ə yaxın əlavənin müzakirəsi davam edir.

Türkiyənin ABŞ-dan F-16 almasına şərt kimi qoyulan iki əlavə isə qanun layihəsindən çıxarılıb. F-16-ların satışını məhdudlaşdıran digər bir sıra bəndıərin də layihədən çıxarılacağı gözlənilir.

Senat qanun layihəsini tamamladıqdan sonra Nümayəndələr Palatasının versiyası ilə birgə mətn halına gətiriləcək və təsdiq üçün ABŞ prezidenti Co Baydenin masasına göndəriləcək.

Senatdakı bu dəyişiklikdə Türkiyənin Vaşinqtondakı diplomatik səylərinin təsirli olduğu bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər