12 Oktyabr 2022 16:47
1 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Krım körpüsündə partlayan yük maşını Gürcüstan sərhədindən keçməyib”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın maliyyə nazirinin müavini Georgi Kakauridze deyib.

“Gürcüstanın sərhəd keçid məntəqəsindən nə trotil, nə də digər partlayıcı ilə doldurulmuş yük maşını və vaqon keçib”, - Kakauridze bildirib.

Onun sözlərinə görə, kimsə həmin yük maşınının Gürcüstan sərhəddini keçməsini əsaslandıra bilsə, araşdırma aparılacaq və məsul şəxslər məsuliyyətə cəlb olunacaq.

Bundan əvvəl Rusiya Təhlükəsizlik Xidməti (FSB) Krım körpüsündə partlayan yük maşınının Bolqarıstan, Gürcüstan və Ermənistandan keçdiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər