ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) Aya göndərəcəyi "Artemis 1" missiyasını noyabrın 14-də yola salmağı planlaşdırır.
Teleqraf.com-un məlumatına görə, bu barədə NASA-nın bugünkü açıqlamasında deyilir.
Buraxılış üçün ehtiyat günlər noyabrın 16-sı və 19-u seçilib. Buraxılışın uğurla keçəcəyi təqdirdə "Artemis"in Ayın orbitinə uçuşu və Yerə geri dönməyi 25 gün çəkəcək. Aparatın dekabrın 9-da Yerə qayıtması nəzərdə tutulur.
Qeyd edək ki, "Artemis 1"-in uçuşu avqustun sonlarında planlaşdırılsa da, daşıyıcı raketdə qeydə alınan yanacaq sızması ilə əlaqədar uçuş təxirə salınmışdı.