OPEC+ qrupunun neft hasilatını azaltmaq qərarından sonra ABŞ Prezidenti Co Bayden və Konqres bu ölkəyə silah satışını dayandırmaq üçün addımlar ata bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə amerikalı demokrat senator Kris Kuns açıqlama verib.
“Həm Bayden administrasiyası, həm də Senat bu mövzuda addımlar atdığını görəcəksiniz. Bununla bağlı ən çox ehtimal olunan addım Səudiyyə Ərəbistanına silah satışını dayandırmaqdır”, - senator bildirib.
“OPEC+ qrupunun qərarından sonra bir çox Konqres üzvü Səudiyyə Ərəbistanına silah satışını dayandırmağa çağırır.
OPEC+ qrupuna üzv ölkələrin energetika və neft nazirləri oktyabrın 5-də Avstriyanın paytaxtı Vyanada keçirilən toplantıda noyabrdan etibarən gündəlik neft hasilatının 2 milyon barel azaldılması barədə qərar qəbul ediblər. Bu qərardan sonra Ağ Ev Prezident Baydenin Səudiyyə ilə münasibətləri yenidən nəzərdən keçirdiyinə dair açıqlama verib.