10 Dekabr 2014 01:20
968
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Dövlət Departamenti ehtiyat edir ki, əgər Ukrayna nüvə proqramını bərpa eləsə, dünya ictimaiyyətinin gözündə yeni Şimali Koreyaya çevrilə bilər. Teleqraf.com-un məlumatına, görə belə bir bəyanatla dövlət katibinin silahlar üzərində nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Rouz Qotmüller çıxış edib.
“Bu yolun davam etdirilməsi halında sizi Şimali Koreya və ya İran kimi dövlətlərin taleyi gözləyir” – deyə, Departament rəsmisi qeyd edib.
Xatırladaq ki, az öncə Ukraynanın sabiq müdafiə naziri Valeri Geletay Qərbin Kiyevə hərbi kömək göstərmədiyi təqdirdə nüvə proqramının bərpasının mümkünlüyünü söyləmişdi.

Müəllif:

Oxşar xəbərlər