Avstriya Xarici İşlər Nazirliyi İran hakimiyyətini Evin həbsxanasında məhbusların təhlükəsizliyini təmin etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Twitter hesabındakı bəyanatda deyilir.
"Biz İran hökumətini Evin həbsxanasındakı bütün məhbusların təhlükəsizliyini təmin etməyə çağırırıq" - bəyanatda bildirilir.
Qeyd edək ki, Evin həbsxanasındakı yanğın zamanı azı 4 nəfər ölüb. Bazar ertəsi Aİ xarici işlər nazirləri insan haqlarını pozduğu üçün İrana qarşı sanksiyalar qəbul etmək üçün bir araya gələcəklər.