17 Oktyabr 2022 12:43
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ indiki vəziyyətdə Çinlə hərbi qarşıdurma olacağı təqdirdə qalib gələ bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu “The Wall Street Journal” ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesabatına istinadən yazıb.

CSIS ekspertlərinin fikrincə, Ukrayna ətrafındakı vəziyyət ABŞ hərbi-sənaye kompleksinin problemlərini, xüsusən də onun passivliyini və istehsalın artırılmasındakı çətinlikləri üzə çıxarıb. Nəşr qeyd edir ki, buna görə də ABŞ ordusu tezliklə potensial regional müharibə ilə üzləşsə, məğlub ola bilər.

Mütəxəssislərə görə, ABŞ Tayvan boğazında Çinlə hərbi qarşıdurmaya girsə, Amerika ordusu bir həftə ərzində arsenalındakı bütün hava-yer raketlərini, eləcə də uzaqmənzilli dəqiq gəmi əleyhinə raketlərini istifadə edib tükədəcək.

Nəşr bildirir ki, əsas problemlərdən biri ABŞ-ın hərbi-sənaye şirkətlərinin maliyyə risklərinə görə silah-sursat istehsalı üçün Pentaqonla uzunmüddətli müqavilələr bağlamaq istəməmələridir. Bundan əlavə, tədarük zəncirləri və müxtəlif materialların və komponentlərin, xüsusən də Çinin inhisarçı hesab edildiyi nadir metalların, alüminium, titan və mikroelektronikanın əldə edilməsi ilə bağlı problemlər var.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, “Patriot” zenit-raket kompleksləri və ya “Tomahavk” qanadlı raketləri kimi sistemlərinin istehsalı illər çəkə bilər.

“Bəzi növ raket və sistemlərin istehsalı iki ilə qədər çəkə bilər. Bu, ilk raketlərin çatdırılma tarixləridir”, - məqalədə vurğulanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər