Ermənistan və Qazaxıstan Müdafiə Nazirlikləri arasında ikitərəfli əməkdaşlıq çərçivəsində oktyabrın 17-dən 19-dək Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Polisinin nümayəndə heyəti İrəvanda olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nümayəndə heyətinin üzvləri Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi Aşot Zakaryan tərəfindən qəbul edilib.
Həmsöhbətlər ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı bir sıra məsələləri müzakirə edərək, belə görüşlərin əhəmiyyətini vurğulayıblar.
Səfər çərçivəsində Qazaxıstandan olan nümayəndə heyəti İrəvandakı qondarma erməni soyqırımı abidəsini ziyarət edib.