İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası yaxın zamanda mümkün görünmür.
Teleqraf.com xəbər verir ki, bunu cümə axşamı keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib.
"Heç kimə sirr deyil ki, İranla nüvə sazişinin bərpası yaxın zamanda mümkün görünmür", - deyə N.Prays bildirib.
Mətbuat katibi qeyd edib ki, ABŞ hələ də İranın nüvə silahı əldə etməsinə imkan vermək istəmir.