10 Dekabr 2014 14:06
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin yanvarından Şimali Afrika ölkələrindən ən azı 3419 insan Aralıq dənizindən Avropa ərazisinə qeyri-leqal yolla keçməyə cəhd edərkən həlak olub.

Trend xəbər verir ki, bu barədə “Frans Press” BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının İdarəsinə istinadən məlumat yayıb.

Bu il 207 mindən çox miqrant Aralıq dənizini keçməyə cəhd göstərib ki, bu da “ərəb baharı” səbəbindən 70 mindən artıq insanın öz evini tərk etməyə məcbur olduğu 2011-ci ildə qeydə alınan ən yüksək göstəricidən 3 dəfə çoxdur.

BMT-nin məlumatına görə, qaçqınların ümumi sayının 1/3-dən çoxunu (təxminən 60 min) 2011-ci ilin martından vətəndaş müharibəsinin getdiyi Suriya vətəndaşları təşkil edir.

Qanunsuz miqrasiya problemi son illər Avropa İttifaqı (Aİ) ölkələri üçün olduqca kəskin problemə çevrilib. 2010-cu ildə afrikalı miqrantların Aİ-yə doğru yolunda əsas məntəqə olan Liviya qeyri-leqal miqrasiyanı qanunla cinayətlər sırasına daxil edib. Məhz Liviyanın geniş Aralıq dənizi sərhədi hər il Avropa ölkələrinə hücum edən, iş və daha yaxşı həyat axtarışında olan minlərlə qanunsuz miqrant üçün yollanma nöqtəsidir.


Müəllif:

Oxşar xəbərlər